Avropa İttifaqi Azərbaycanda iqlim dəyişikliyi ilə bağlı regional layihənin həyata keçirilməsi üçün 830 min avroya yaxın vəsait ayıracaq.
“Bakıda BMT və Aİ-nin iqlim dəyişikliyinə qarşı effektiv mübarizədə ön plana çəkən EU4Climate adlı yeni bir regional layihənin təqdimatı olub. Aİ bu layihənin reallaşdırlmasına 8,8 mln. avro ayırır. Yalnız Azərbaycanda,Avropa İttifaqı milli səviyyədə iqlim dəyişikliyi ilə bağlı siyasətlərin və təcrübələrin həyata keçirilməsi üçün 830 min avroya yaxın vəsait ayıracaq”, - Aİ-nin Bakı nümayəndəliyinin məlumatında deyilir.
Tədbirdə çıxış edən Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin müşavir-elçisi və Əməkdaşlıq Şöbəsinin rəhbəri Simona Gatti bildirdi ki, EU4Climate Avropa İttifaqının iqlim dəyişikliyinə qarşı birgə tədbirlər görmək üçün Azərbaycan hökuməti ilə strateji tərəfdaşlığını nümayiş etdirir.
“Bu layihə, Azərbaycanda Paris İqlim Sazişinin həyata keçirilməsini, habelə Avropa İttifaqıstandartları və beynəlxalq standartlara uyğun olaraq iqlim siyasətini və qanunvericiliyin təkmilləşdirilməsini dəstəkləyəcək”, - o bildirib.
Xüsusilə, bazar ertəsi Azərbaycanda 2022-ci ilədək EU4Climate layihəsi üzrə prioritet məsələlər və növbəti addımları müzakirə olundu.
Layihənin Azərbaycan, Gürcüstan, Ermənistan, Belarus, Moldova və Ukraynanın üzv olduğu Şərq Tərəfdaşlığı ölkələrində həyata keçirilməsi planlaşdırılır. **
F.İsazadə