Çərşənbə axşamı Nur-Sultan şəhərində Qazaxıstan, Rusiya, İran, Azərbaycan və Türkmənistan nümayəndələrinin iştirakı ilə Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun ikinci iclası işinə başlayıb. Bu barədə “İnterfaks-Qazaxıstan” agentliyinin müxbiri məlumat verir.
“Xəzər dənizində istənilən fəaliyyət Xəzər regioununun siyasi sabitliyi, təhlükəsizliyi, inkişafı nöqteyi-nəzərindən hər bir sahilyanı dövlət üçün strateji istiqamət olub və belə qalacaq”, - Qazaxıstanın xarici işlər naziri Beybut Atamkulov iclasın açılışında bildirib.
O, görüşün gündəliyinin çox geniş, məzmunlu olduğunu qeyd edib. **