Aprelin 26-da Bakıda Azərbaycan-Koreya işgüzar görüşü keçiriləcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Koreya Ticarətin və İnvestisiyaların Təşviqi Agentliyindən (KOTRA) məlumat verilib.
«Aprelin 26-da Bakıda Azərbaycan-Koreya işgüzar görüşü keçiriləcək. Görüşdə Koreyanın müxtəlif fəaliyyət sahələri üzrə ixtisaslaşmış 7 şirkətinin (NATURE4 Co.LTD, JINSUNG Bio Co.LTD, JUNGWOO Automobile Co.LTD, CHANG JIN TAPE Co.LTD, LEE HWA IND Co.LTD, KUKJE danjo farm machine Co.LTD, SAMWOO YEONSA) nümayəndələri iştirak edəcəklər. Görüş zamanı əməkdaşlığa dair müxtəlif təkliflər nəzərdən keçiriləcək», - deyə məlumatda bildirilir.
Görüşdə təmsil olunacaq Koreya şirkətləri avtomobillər üçün pompalar, sous və ədviyyatlar, yapışqanlı lent, kənd təsərrüfatı texnikası üçün ehtiyat hissələri və poliester parça istehsalı üzrə ixtisaslaşıb.*
B.Rüstəmbəyov