2019-cu ilin iyul ayında Türkiyədə Minsk traktor zavodunun traktorların yığılması üzrə Azərbaycan-Belarus müəssisəsi açılacaq.
Türkiyənin Qırıqqala şəhərində Azərbayucanın Gəncə Avtomobil Zavodunun dəstəyi ilə BELARUS traktorlarının yığılması üzrə müəssisə yaradılır. Müəəsisənin ümumi sahəsi 15 min kv.metr təşkil edir. Zavodun 1 iyul tarixinə açılışı planlaşdırılır”, - Belarusin BELTA agentliyi məlumat verir.
Məlumata əsasən, Türkiyə bazarı üçün Avro-4 ekoloji standart ilə BELARUS-1221 modelinin xüsusi versiyası hazırlanıb. 2019-cu ildə yeni müəssisədə 100 ədəd traktor, 2020-ci ildə - 200 ədəd traktor istehsalı planlaşdırılır.
“Gələcəkdə bu rəqəm 2 min ədədə çatacaq. Zavodun gücü illik 3 min ədədə qədər traktor yığılmasına imkan verəcək. Əsas məsələ kadrların olmasıdır”, - BELTA MTZ-nin baş direktoru Fyodor Domotenkonun sözlərindən sitat gətirir.
Onun sözlərinə görə, MTZ-dən ehtiyat hissələri böyük həcmdə GAZ-a, daha sonra son yığımı üçün Qırıqqalaya tədarük olunacaq.
“Logostika mürəkkəb görünür, lakin Azərbaycan müəssisələrinin Türkiyədəki imtiyazları hesabına bu cür sxem sərfəlidir. Tədarük həsmlərimiz artacaq. Belarus üçün Türkiyədə traktorların istehsalını təşkil etmək çox baha idi. GAZ-ın dəstəyi və Azərbaycanla Türkiyə arasında sıx əlaqələr sayəsində müəssisənin yalnız bir korpusunun tikintisi zamanı $1 mln. qənaət olunub”, - F.Domotenko qeyd edib.
Türkiyə mətbuatı Belarusun baş nazirinin müavini İqor istinadən məlumat veriri ki, hazırda Türkyədə yığılacaq traktorların dəyəri bazar qiymətindən $10 min aşağı olacaq.
Onun sözlərinə görə, hazırki mərhələdə müəssisənin yaradılmasına investisiyalar $10 mln. həcmində qiymətləndirilir.
Öncə Belarus prezidenti Aleksandr Lukaşenko bəyan edib ki, Bakı və Minsk birgə istehsalın təşkili hesabına üçüncü ölkələrin bazarlarına çıxmaq niyyətindədirlər.
Gəncə avtomobil zavodu 2004-cü ilin dekabr ayından fəaliyyət göstərir. Zavod 2006-cı ildən Gəncədə Belarus istehsalı olan bütün növ yük avtomobilləri və traktorların yığılmasını həyata keçirir. **
N.Abbasova