Vergilər Nazirliyi 2019-cu ilin birinci rübündə 25,536 min sahibkarlıq subyektini qeydiyyata alıb.
“Cari ilin birinci rübündə 3,27 min hüquqi şəxs (artım 8,1%), fərdi sahibkarlıqla məşğul olan 22,266 min fiziki şəxs qeydiyyata alınıb (artım 28,5%). Elektron formada qeydiyyata alınan yerli kapital ilə MMC-nin payı qeydiyyata alınməş şirkətlərin ümumi sayının 87,8%-ni təşkil edib”, - nazirliyin Dövlət qeydiyyatı və uçota nəzarət departamentinin baş direktoru Ələkbər Məmmədov çərşənbə axşamı mətbuat konfransında bildirib.
Onun sözləörinə görə, nazirlik hüquqi şəxslərin qeydiyyata alınması prosesini mühüm dərəcədə sadələşdirib.
“Birinci rüb ərzində biznesin qeydiyyata alınması prosedurunun sadələşdirilməsi üzrə bütün zəruri işi tam başa çatdırmışıq. Nəticədə, posedurların sayı 3-dən 1-dək endirilib, bu prosesə sərf olunan zaman isə 20 dəqiqəyək azalıb. Sənədlərin və haqqların sayı sıfıra endirilib”, - Ə.Məmmədov qeyd edib.
O bildirib ki, 31 mart 2019-cu il tarixinə 993,038 min vergi ödəyicisi, həmçinin 128,261 min hüquqi və 864,777 min fiziki şəxs vergi uçotuna alınıb.
Eyni zamanda, Ə.Məmmədov vurğulayıb ki, 2018-ci ilin birinci rübünün sonuna olan göstərici ilə müqayisədə ƏDV ödəyicilərinin sayı 4,8 dəfə, sahibkarlıq subyektlərinin sayı 2 dəfə artıb.
Departamentin rəhbəri əlavə edib ki, nazirlik yaxın zamanda fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər üçün qeydiyyat prosedurunu sadələşdirməyi planlaşdırır. Onlar üçün həmçinin qeydiyyata alınma zamanı 20 dəqiqə olacaq. **
Ə.Məmmədov