Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Bağdad Amreyev bu ilin payızında Bakıda təşkilatın Zirvə toplantısının uğurla keçiriləcəyinə əmindir.
“Prezident İlham Əliyevlə Bakıda görüş zamanı B.Amreyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının təsis olunmasının 10 illiyi münasibətilə növbəti Zirvə toplantısına bu ilin payızında Azərbaycanın ev sahibliyi edəcəyini vurğulayaraq, bu Zirvə toplantısının da Azərbaycan tərəfindən yüksək səviyyədə təşkil olunacağına əminliyini ifadə edib”, - deyə dövlət başçısının saytında məlumat verilir.
Baş katib təşkilat daxilində iqtisadiyyat, ticarət, maliyyə, nəqliyyat və digər istiqamətlərdə əməkdaşlığın inkişaf etdirilməsi, müvafiq beynəlxalq təşkilatlarla əlaqələrin qurulması barədə Azərbaycan prezidentinə məlumat verib.
Prezident İ.Əliyev Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının vacib beynəlxalq quruma çevrildiyini vurğulayıb.*
R.Babayev