2018/2019-cu kənd təsərrüfatı ilinin yeddi ayının yekunları üzrə Ukrayna 304,6 min ton qənd ixrac edib, bu da ötən mövsümün analoji dövrünün göstəricisindən 10% azdır. Bu barədə “Ukrtsukor” Şəkər İstehsalçıları Milli Assosiasiyası məlumat verir.
Bildirilir ki, mart ayında qənd ixracı 30,2 min ton təşkil edib, bu da cari ilin fevral ayının göstəricisindən 12% azdır.
“Əsasən Azərbaycana (17%) və Tacikistana (14%) tədarük həyata keçirilib. O cümlədən, Özbəkistan (13%), İsrail (12%) və Qazaxıstana (11%) böyük həcmdə qənd tədarük olunub”, - məlumatda Assosiasiyanın İdarə Heyətinin sədr müavini Ruslan Butılonun sözlərindən sitat gətirilir.