2019-cu ilin I rübündə Azərbaycanda neft hasilatı ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 0,15% - 9,694 mln. tonadək artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə SOCAR-dan məlumat verilib.
Cari ilin yanvar-mart aylarında respublikada 9,075 mlrd. kubmetr qaz hasil olunub ki, bu da 2018-ci ilin I rübünün göstəricisindən 25,1% çoxdur.
2019-cu ilin I rübündə SOCAR tərəfindən 1,846 mln. ton neft və 1,561 mlrd. kubmetr qaz hasil edilib.
Xəbər verildiyi kimi, 2018-ci ildə Azərbaycanda 38,758 mln. ton neft və 30 mlrd. 592,2 mln. kubmetr qaz hasil edilib.
SOCAR 2018-ci ildə 7 mlrd. 542 mln. ton neft və 6 mlrd. 525 mln. kubmetr qaz hasil edib.*
N.Abbasova