“Ümid-Babək” Əməliyyat Şirkəti Xəzər dənizinin Azərbaycan sektorunda “Ümid” yatağında 16 saylı quyunu istismara verib. Bu barədə SOCAR-dan (ARDNŞ) məlumat verilir.
“Ümid” yatağında yeni hasilat quyusunun qazma işləri başa çatıb və o artıq istismara verilib. Qazma işlərinin podratçısı qismində SOCAR AQŞ MMC çıxış edib. Quyunun potensial hasilatı gündəlik 2,5 mln. kubmetr qaz, 400 ton kondensat həcmində qiymətləndirilir”, - məlumatda qeyd olunur.
Quyunun dərinliyi 6,8 min metri keçib.
“Potensial hasilatı ildə təqribən 900 mln. kubmetr həcmində qiymətləndirilir”, - məlumatda SOCAR-ın prezidenti Rövnəq Abdullayevin sözlərindən sitat gətirilir.
Bu quyu sitismara verilmədən öncə yataqda qaz hasiolatı iki istismar quyusundan (10 və 11 saylı – İF-Az) sutkada 1,25 mln. kubmetr qaz və 200 ton kondensat həcmində həyata keçirilib.
Xəbər verildiyi kimi, “Umid Babek Operating Company” Xəzər dənizinin Azərbaycan sektorunda “Ümid-Babək” yataqlar blokunun işlənməsi ilə məşğuldur.
Xəzər dənizinin Azərbaycan sektorunda “Ümid” yatağının və “Babək” perspektiv strukturunun daxil olduğu dəniz blokunun kəşfiyyatı və işlənməsi haqqında” Risk Xidmət Sazişi 2017-ci il yanvarın 12-də SOCAR ilə “SOCAR Umid Oil&Gaz Ltd.” şirkəti arasında imzalanıb. Sazişə, həmçinin adı çəkilən dəniz blokunun kəşfiyyatı və işlənməsi üzrə neft-qaz əməliyyatlarının aparılması haqqında “SOCAR Umid Oil&Gaz Ltd.” şirkəti ilə “Umid, Babek Exploration&Production” şirkəti arasında bağlanmış Müqavilə əlavə olunur. Müqavilə 2017-ci ilin may ayında qüvvəyə minib.
“Ümid-Babək” perspektiv bloku Xəzərin Azərbaycan sektorunun dərinsulu hissəsində, Bakıdan 75 km məsafədə yerləşir. “Ümid” yatağının ehtiyatları ən azı 200 mlrd. kubmetr qaz və 30 mln. ton kondensat həcmində qiymətləndirilir. “Babək” strukturunun ehtiyatları 400 mlrd. kubmetr qaz və 80 mln. ton kondensat həcmində qiymətləndirilir.
Blokun uzunmüddətli işlənməsi proqramı “Umid” yatağından illik 5 mlrd. kubmetr qaz hasılatını nəzərdə tutur. Hazırda “Umid” yatağından qaz hasilatı 3 quyudan həyata keçirilir. İndiyədək yataqdan 2 mlrd.-dan az kubmetr qaz hasil olunub. **
N.Abbasova