Prezident İlham Əliyev Masallı rayonunda avtomobil yolunun tikintisi məqsədilə dövlət büdcəsindən Avtomobil Yolları Dövlət Agentliyinə 6,8 mln. manat məbləğində vəsaitin ayrılması haqqında sərəncam imzalayıb.
38 min nəfər əhalinin yaşadığı Masallı–Köhnə Alvadı–Təzə Alvadı–Güllütəpə–Əmirtürbə–Yeni Zuvand avtomobil yolu 15 yaşayış məntəqəsini birləşdirir.
Vəsait Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu çərçivəsində ayrılacaq.
Müvafiq sərəncam bu gün dövlət başçısının saytında dərc olunub.*
F.İsazadə