“Azəristiliktəchizat” ASC 2018-ci il üzrə birləşdirilmiş maliyyə hesabatının auditorunu seçir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə cəmiyyətdən məlumat verilib.
Seçim kotirovka sorğusu metodu ilə keçirilir.
Audit şirkətləri təkliflərini aprelin 19-dək (16:00) təqdim edə bilər.
“Azəristiliktəchizat” ASC 2004-cü ildə yaradılıb və istilik təchizatı sahəsində dövlət inhisarçısıdır.*
Ə.Məmmədov