Azərbaycan Xarici İşlər Nazirliyinin Dövlət Protokolu İdarəsinin rəisi Pərvin Mirzəzadəbu gün San-Marino Respublikasının yeni təyin edilmiş fəxri konsuluRasim Qasımovu qəbul edib. Bu barədə XİN-in mətbuat xidmətinin məlumatında deyilir.
“Görüş zamanı Rasim Qasımov fəxri konsul təyinatı ilə əlaqədar patent sənədini Pərvin Mirzəzadəyə təqdim edib”, - deyə məlumatda bildirilir.
Görüşdə Azərbaycan ilə San-Marino arasındakı münasibətlərin cari vəziyyəti barədə geniş fikir mübadiləsi aparılıb.
Pərvin Mirzəzadə fəxri konsul Rasim Qasımova gələcək fəaliyyətində uğurlar arzulayıb.*
F.İsazadə