Daşkənddə Azərbaycan və Özbəkistan arasında konsulluq sahəsində ilk məsləhətləşmələr aparılıb. Bu barədə Özbəkistan XİN-dən məlumat verilir.
“Görüş zamanı tərəflər iki ölkə arasında hüquq-konsulluq sahəsində hər hansı mübahisəli məsələlərin olmadığını təsdiq, gələcək əməkdaşlığın perspektivləri, həmçinin iki ölkənin müvafiq orqanları arasında cari əlaqələri müzakirə ediblər”, - məlumatda deyilir.
Tərəflər miqrasiya sahəsi, mülki, ailə və cinayət işləri üzrə göstərilən hüquq yardımı məsələlərinə xüsusi diqqət ayırıblar.
“Danışıqların yekunlarına dair məsləhətləşmələrin keçirilməsinə dair protokol imzalanıb. Sənəd iki ölkənin maraqlı idarələri tərəfindən hüquq-konsulluq sahəsində əldə olunan razılıqların reallaşdırılmasını nəzərdə tutur”, - məlumatda vurğulanır.
XİN-in məlumatına görə, danışıqlarda hər iki tərəfdən xarici işlər, ədliyyə, daxili işlər, əmək nazirlikləri, baş prokurorluq, sərhəd xidməti, həmçinin Azərbaycanın Daşkənddəki səfirliyinin nümayəndələri iştirak ediblər. **
F.İsazadə