2018-ci ildə birinci instansiya məhkəmələri tərəfindən 12,5 mindən artıq cinayət işinə baxılıb. Bunu Ali Məhkəmənin sədri Ramiz Rzayev deyib.
“2018-ci ildə Azərbaycanda birinci instansiya məhkəmələri tərəfindən 14,931 min nəfər barəsində 12,539 min cinayət işinə baxılıb”, - sədr qeyd edib.
Onun sözlərinə görə, 10,172 min iş üzrə 12,433 min nəfər barəsində ittiham hökmü çıxarılıb. Məhkum edilənlərin sayı 2017-ci illə müqayisədə 1,3 min nəfər və ya 9,5% azalıb.
“Birinci instansiya məhkəmələri tərəfindən 89 iş üzrə 106 nəfər barəsində bəraət hökmü çıxarılıb”, - R.Rzayev bildirib.
2018-ci ildə Azərbaycanda birinci instansiya məhkəmələri tərəfindən 246,92 min işə, o cümlədən 224,584 min mülki, 5,029 min iqtisadi, 17,307 min inzibati mübahisələrə dair işlərə baxılıb.
Ali Məhkəmənin sədri qeyd edib ki, birinci instansiya məhkəmələri tərəfindən baxılan işlərin ümumi sayı 30,5% azalıb.
Eyni zamanda o vurğulayıb ki, 2017-ci illə müqayisədə Ali Məhkəmənin mülki, cinayət və hərbi kollegiyalarında baxılmış işlər azalıb, inzibati-iqtisadi kollegiyada isə artıb. **
R.Babayev