Azərbaycan prezidenti İlham Əliyev Qusar rayonunda avtomobil yolunun tikintisi üçün Avtomobil Yolları Dövlət Agentliyinə 3 mln. manat ayırmağı tapşırıb.
Cibir–Həzrə–Mucuq–Sudur avtomobil yolu səkkiz min nəfər əhalinin yaşadığı 14 yaşayış məntəqəsini birləşdirir.
Vəsait Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ayrılacaq.
İ.Əliyevin müvafiq sərəncamı çərşınbə günü dövlət başçısının saytında məlumat verilir. **
F.İsazadə