250 min ABŞ dollarını mənimsəməkdə ittiham olunaraq beynəlxalq axtarışa verilmiş Azərbaycan vətəndaşı Soçidə saxlanılıb. Bu barədə Rusiya mətbuatı Daxili İşlər Nazirliyinin Krasnodar vilayəti üzrə Baş İdarəsinin mətbuat xidmətinə istinadən xəbər verir.
“İnterpolun Krasnoyarsk şöbəsinin əməkdaşları 250 min ABŞ dolları məbləğində vəsaiti mənimsəməkdə ittiham olunaraq beynəlxalq axtarışa verilmiş Azərbaycan vətəndaşını həbs ediblər”, - deyə məlumatda bildirilir.
İstintaqın versiyasına görə, bu şəxs 2017-ci ildə Bakıdakı şirkətlərdən birində marketinq şöbəsinin rəhbəri olub və şirkətə məxsus olan 250 min ABŞ dollarını mənimsəyib.
"Bu şəxslə bağlı araşdırmalara başlanılan zaman o, Azərbaycanı tərk edib və beynəlxalq axtarışa verilib. Hazırda həmin şəxs saxlanılıb, onun axtarışın təşəbbüskarına təhvil verilməsi məsələsi həll olunur", - deyə məlumatda qeyd edilir.*
R.Babayev