2019-cu ilin I rübündə Azərbaycanda 6 mlrd. 41,5 mln. kubmetr əmtəəlik qaz hasil olunub ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 36% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilıib.
Cari ilin yanvar-mart aylarında ölkədə ümumi qaz hasilatı 9 mlrd. 74,2 mln. kubmetr (2018-ci ilin yanvar-mart aylarında artım 27%) həcmində olub.
2019-cu ilin I rübündə respublikada 9 mln. 681,3 min ton (artım 0,4%) əmtəəlik neft hasil edilib. Hesabat dövründə ümumi neft hasilatı 9 mln. 693,6 min ton (2018-ci ilin yanvar-mart aylarının göstəricisi ilə eyni olub) təşkil edib.
2018-ci ildə Azərbaycanda 38 mln. 758 min ton neft və 30 mlrd. 592,2 mln. kubmetr qaz hasil olunub.*
N.Abbasova