2019-cu ilin I rübündə Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi $562 mln. 703,82 min təşkil edib, bu da 2018-ci ilin yanvar-mart aylarının göstəricisindən 13,08% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan”a Dövlət Gömrük Komitəsindən məlumat verilib.
Yanvar-mart aylarında Azərbaycanın bütün xarici ticarət dövriyyəsinin 7,38%-i Rusiya ilə ticarət əməlyyatlarının payına düşüb.
Hesabat dövründə Azərbaycan məhsullarının Rusiyaya ixrac həcmi $124 mln. 980,77 min təşkil edib (artım 6,3%). Ümumilikdə, 2019-cu il yanvar-mart ayları ərzində Azərbaycan ixracının 2,79%-i Rusiyaya tədarükün payına düşüb.
Yanvar-mart aylarında Rusiya məhsullarının Azərbaycana idxalı $437 mln. 723,15 min təşkil edib (artım 15,2%). Azərbaycana malların ümumi idxalı həcmindən 13,96% Rusiyadan tədarükün payına düşüb.
Beləliklə, DGK-nın məlumatına görə, bu dövrdə RF ilə ixrac-idxal əməliyyatlarında Azərbaycanın mənfi saldosu $312 mln. 742,48 min təşkil edib.
2018-ci ilin yekunları üzrə Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi $2 mlrd. 550 mln. 906,07 min təşkilo edib, bu da 2017-ci ilin göstəricisindən 19,1% çoxdur. 2018-ci ildə Azərbaycanın bütün xarici ticarət dövriyyəsinin 8,25%-i Rusiya ilə ticarət əməliyyatlarının payına düşüb. **
B.Rüstəmbəyov