Azərbaycanın artilleriya bölmələri Qarabağ münaqişəsi zonasında şərti düşmənin müdafiəsinin dərinliyində yerləşən hədəflərinə zərbələr endirməklə döyüş atışları icra ediblər. Bu barədə Müdafiə nazirliyindən məlumat verilir.
“Cəbhəboyu zonada yerləşən raket və artilleriya bölmələrinin döyüş atışlı məşğələləri keçirilib”, - məlumatda deyilir.
Qeyd olunur ki, bölmələr marş icra etmə, cəmləşmə rayonlarına çıxma və digər tapşırıqları yerinə yetiriblər.
“Raket və artilleriya bölmələri şərti düşmənin müdafiəsinin dərinliyində yerləşən hədəflərinə zərbələr endirməklə döyüş atışları icra ediblər”, - məlumatda bildirilir.
Məşğələlər müdafiə nazirinin təsdiq etdiyi 2019-cu ilin döyüş hazırlığı planına uyğun olaraq keçirilib. **
F.İsazadə