2019-u ilin birinci rübündə Azərbaycanda neft məhsullarının istehsalı 2018-ci ilin mavafiq dövrü ilə müqayisədə 1,4% - 735,1 mln. manata qədər artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə birbaşa qovulan benzin istehsalı 36,8% - 78,8 min tonadək, kerosin istehsalı 9,8% - 154,2 min tonadək, dizel yanacağı istehsalı 5,9% - 515,6 min tonadək artıb.
Yanvar-mart aylarında avtomobil benzini istehsalı 1,6% - 302,8 min tonadək, neft bitumu istehsalı 33% - 39,4 min tonadək, soba mazutu istehsalında 8,6% - 18 min tonadək, sürtkü yağı istehsalı 5,8% - 4,9 min tonadək, neft koksu istehsalı 3,8% - 61,2 min tonadək azalma qeydə alınıb.
Hazırda Azərbaycanda Heydər Əliyev adına Bakı neft emalı zavodu fəaliyyət göstərir.**
N.Abbasova