2019-cu ilin yanvar-mart aylarında Azərbaycanda 894,2 mln. manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilib ki, bu da 2018-ci ilin analoji dövrünün göstəricisindən 3,6% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə 857,7 mln. manat məbləğində heyvandarlıq, 36,5 mln. manat məbləğində bitkiçilik məhsulları istehsal edilib. Heyvandarlıq məhsullarının istehsal həcmi 2,8%, bitkiçilik məhsullarının istehsal həcmi 24,7% artıb.
Bundan başqa, yanvar-mart aylarında respublikada 122,9 min ton ət (artım 3,1%), 467,5 min ton süd (artım 2%), 442,4 mln. ədəd yumurta (artım 1,8%) istehsal edilib.
Yanvar-mart aylarında istixana təsərrüfatlarından 68,3 min ton tərəvəz yığılıb ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 32% çoxdur.
2018-ci ildə Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsal həcmi 4,6% artıb.*
Ə.Məmmədov