2019-cu ilin yanvar-fevral aylarında Azərbaycana 249,9 min ton buğda idxal edilib ki, bu da 2018-ci ilin yanvar-fevral aylarının göstəricisindən 16,1% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Respublikaya idxal olunmuş buğdanın ümumi dəyəri $55 mln. 438,8 min (artım 45,6%) təşkil edib.
Hesabat dövründə Azərbaycana $20 mln. 809,5 min dəyərində (artım 2,8 dəfə) 55,785 min ton şəkər xammalı və şəkər (artım 3,3 dəfə), $17 mln. 862,3 min dəyərində (azalma 4,4%) 24,5 min ton bitki yağı (artım 13,9%), $7 mln. 254,5 min dəyərində (azalma 23,4%) 1,936 min ton çay (azalma 19,6%), $9 mln. 218,2 min dəyərində (azalma 6,7%) 1,797 min ton kərə yağı və süd (artım 5,4%) idxal edilib.
Bundan əlavə, yanvar-fevralda respublikaya $4 mln. 660,8 min dəyərində (artım 10,5%) 1,558 min ton iribuynuzlu heyvan əti (artım 8,9%), $7 mln. 98,3 min dəyərində (artım 2 dəfə) 6,874 min ton quş əti və ondan hazırlanan məmulatlar (artım 2,1 dəfə) idxal olunub.
2019-cu ilin yanvar-fevral aylarında respublikaya $20 mln. 255,3 min dəyərində (artım 12,8%) 20,857 min ton meyvə (azalma 6,42%), $1 mln. 903,3 min dəyərində (azalma 0,1%) 3,301 min ton tərəvəz (azalma 5,6%), $10 mln. 582,5 min dəyərində (artım 1,7 dəfə) 42,649 min ton kartof (artım 38,6%) idxal edilib.
Hesabat ayında ölkədən $21 mln. 714,9 min dəyərində (artım 27,2%) 25,915 min ton tərəvəz (artım 1,6 dəfə), $53 mln. 526,2 min dəyərində (artım 30,2%) 52,122 min ton meyvə (artım 27,2%) ixrac edilib.
Bundan əlavə, yanvar-fevralda Azərbaycandan $2 mln. 203,5 min dəyərində (azalma 8,7%) 4,879 min ton şəkər (artım 15,5%), $874,9 min dəyərində (azalma 10,2%) 931,9 min ton bitki yağı (artım 4,4%) ixrac edilib.
Həmçinin yanvar-fevralda Azərbaycandan $1 mln. 360,5 min dəyərində (azalma 25,4%) 1,099 min ton meyvə və tərəvəz şirələri (azalma 19,5%), $858,3 min dəyərində (аrtım 3,6%) 71,5 min dekalitr təbii üzüm şərabı və üzüm suslosu (artım 8,5%), $966,4 min dəyərində (аzalma 10,1%) 685,9 min ton meyvə və tərəvəz konservi (artım 16,8%) ixrac edilib.**
B.Rüstəmbəyov