2019-cu ilin I rübündə Azərbaycan 7 mln. 697,392 min ton bəyan edilmiş neft ixrac edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
“Cari ilin yanvar-mart aylarında Azərbaycandan ixrac olunmuş $3 mlrd. 534 mln. 348,62 min dəyərində neftin bəyan edilmiş həcmi 7 mln. 697,392 min ton təşkil edib”, - deyə məlumatda bildirilir.
2018-ci ilin yanvar-mart aylarında ixrac edilmiş $2 mlrd. 685 mln. 933,79 min məbləğində neftin bəyan edilmiş həcmi 5 mln. 438,014 min ton təşkil edib. Beləliklə, 2019-cu ilin hesabat dövründə neft ixracı miqdar ifadəsində 41,5%, dəyər ifadəsində 31,6% artıb.
2018-ci ildə Azərbaycandan ixrac olunmuş $15 mlrd. 719 mln. 482,37 min dəyərində neftin bəyan edilmiş həcmi 29 mln. 498,337 min ton təşkil edib.*
N.Abbasova