Azərbaycan prezidenti İlham Əliyev cümə axşamı “Hesablama Palatası haqqında” qanunda dəyişiklikləri təsdiq edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Dəyişikliklərə əsasən, Hesablama Palatasının üzvlərinə bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödənilir.
Dövlət başçısının digər sərəncamına əsasən, Konstitusiya Məhkəməsinin hakiminə bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödənilir.
Bu dəyişikliklər 2019-cu il aprelin 1-dən qüvvəyə minir. **
Ə.Məmmədov