Bir sıra Azərbaycan şirkəti Qətərə təşkil olunmuş ixrac missiyası çərçivəsində məhsullarının ixracına dair ilkin razılığa gəliblər. Bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilir.
“Xüsusilə, Azərbaycanın “İDEA” şirkəti Qətərin “Seven Continents Enterprises”, “Zebrano Wood Works”, “Redco Construction Alamana” şirkətləri ilə istehsal etdiyi məhsulun ixracına dair razılıq əldə ediblər”, - məlumatda deyilir.
Bundan başqa, Azərbaycanın “FARKO”, “Delta Group C.O.”, “APİAZ”, “Brightman BMC” və “Azertexnolayn” şirkətləri istehsal etdikləri məhsulların Qətərə ixracına dair ilkin razılığa gəliblər.
“Həmçinin, missiya çərçivəsində iki ölkənin turizm şirkətləri əməkdaşlığın genişləndirilməsinə dair müzakirələr aparıblar”, - məlumatda qeyd olunur. **
N.Abbasova