Azərbaycanın energetika naziri Pərviz Şahvbazov vətəndaşların qaz və elektrik enerjisi təchizatı ilə bağlı problemlərin həlli məqsədilə İşçi Qrupunun yaradılması haqqında qərar imzalayıb. Bu barədə nazirlikdən məlumat verilir.
Işçi Qrup vətəndaşların qaz və elektrik enerjisi təchizatı üzrə şikayətlərinin araşdırılması və problemlərin operativ həlli məqsədilə yaradılıb.
“İşçi Qrupunun rəhbəri energetika nazirinin müavini Elnur Soltanovdur. Qrupa “Azəriqaz” İB, “Azərişıq” ASC, Enerji Məsələlərini Tənzimləmə Agentliyinin və nazirliyin struktur bölmələrinin nümayəndələri daxil edilib”, - məlumatda deyilir. **
F.İsazadə