2019-cu ilin yanvar-mart aylarında Azərbaycan əhalisinin nominal pul gəlirləri 12 mlrd. 590,6 mln. manat təşkil edib ki, bu da 2018-ci ilin analoji dövrünün göstəricisindən 5,5% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən (DSK) məlumat verilib.
Yanvar-mart aylarında Azərbaycanda orta illik inflyasiya 2,1% təşkil edib.
Statistik məlumatlara görə, cari ilin yanvar-mart aylarında əhalinin hər nəfərinə düşən nominal pul gəlirləri 4,6% - 1275,7 manatadək artıb.
Bu dövrdə bütün vergilər ödənildikdən və digər icbari ödənişlər həyata keçirildikdən sonra əhalinin sərəncamında 11 mlrd. 567,3 mln. manat qalır ki, bu da 2018-ci ilin yanvar-mart aylarının göstəricisindən 5,5% çoxdur.
2018-ci ildə əhalinin nominal pul gəlirləri 9,2% artıb.**
Ə.Məmmədov