2019-cu ilin I rübündə Azərbaycanın dövlət büdcəsinin profisiti 403,8 mln. manat və ya ÜDM-in 2,2%-ni təşkil edib. Bu barədə Maliyyə Nazirliyinin məlumatında qeyd olunur.
Maliyyə Nazirliyinin operativ məlumatına görə, cari ilin yanvar-mart ayları ərzində dövlət büdcəsinin gəlirləri 5 mlrd. 439,7 mln. manat (ötən ilin I rübünün göstəricisi ilə müqayisədə artım 19,2%) təşkil edib.
Vergilər Nazirliyinin xətti ilə gəlirlər strukturunda daxiliolmalar 1 mlrd. 672,9 mln. manat (2018-ci ilin birinci rübü ilə müqayisədə artım 16,5%), həmçinin qeyri-neft sektorundan – 1 mlrd. 155,4 mln. manat və ya nazirlik üzrə bütün yığımların 69,1%-ni təşkil edib.
Hesabat dövründə Dövlət Gömkür Komitəsinin xətti ilə dövlət büdcəsinə daxilolmalar 1 mlrd. 14,1 mln. manat təşkil edib (artım 39,5%).
ARDNF-dən dövlət büdcəsinə transfertlər 2 mlrd. 615 mln. manat, digər gəlirlər 43,9 mln. manat, büdcə təşkilatlarının büdcədənkənar gəlirləri 93,8 mln. manat təşkil edir.
2019-cu ilin yanvar-mart ayları ərzində dövlət büdcəsinin xərcləri 5 mlrd. 35,9 mln. manat təşkil edib (artım 14,2%).
Sosial xərclər 2 mlrd. 104,5 mln. manat və ya hesabat dövrü ərzində bütün xərclərin 41,8%-ni təşkil edib. Ötən ilin analoji dövrü ilə müqayisədə onların həcmi 19,5% artıb.
Birinci rübdə dövlət büdcəsinin cari xərcləri 2 mlrd. 707,3 mln. manat və ya dövlət büdcəsinin bütün xərclərinin 53,8%-ni, əsaslı xərcləri – 1 mlrd. 984,4 mln. manat (bütün xərclərin 39,4%-ni), dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərcləri 34,.2 mln. manat (bütün xərclərin 6,8%-ni) təşkil edib.
Birinci rüb ərzində icmal büdcənin gəlirləri 9 mlrd. 192,2 mln. manat (artım 30,1%), xərcləri - 5 mlrd. 76,9 mln. manat (azalma 6,7%), profisit - 4 mlrd. 115,3 mln. manat olub.
2019-cu il dövlət büdcəsinin gəlirləri üzrə proqnoz 23 mlrd. 168 mln. manat, xərcləri üzrə 25 mlrd. 190 mln. manat təşkil edir. Cari ildə dövlət büdcəsinin kəsiri 2 mlrd. 22 mln. manat və ya ÜDM-in 2,5%-i səviyyəsində proqnozlaşdırılır.**
Ə.Məmmədov