Ermənistanda nəhayət ki, tarixin saxtalaşdırılmasının erməni xalqını faciəyə doğru sürüklədiyini anlamağa başlayırlar. Bunu Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Fuad Axundov deyib.
“Təəssüf hissi ilə təsdiq etmək lazımdır ki, Ermənistanda dövlət səviyyəsində nasizm qalib gəldi. Lakin, indi biz görürük ki, erməni ziyalılarının bəzi nümayəndələri açıq şəkildə bu faktın öz xalqları üçün zərəri barədə bəyan edirlər”, - F.Axundov cümə günü "Qədim mətnlər və klassik mənbələr erməniçilik saxtakarlıqlarını və uydurmalarını ifşa edir" mövzusunda konfransda bildirib.
O qeyd edib ki, erməni millətçi ideologiyası olan tsexakronizmin banisi Qareqin Njde açıq şəkildə bəyan edirdi ki, “dövlətçiliyin quruluşu məsələlərində Adolf Hitlerdən öyrənməliyik”.
“Tsexakronizm ideologiyası 1932-ci ildə yaradılıb və 1920-ci ildə Nasional Sosialist Alman Fəhlə Partiyasının manifestinin erməniləşdirilmiş nüsxəsidir. Onlarin dövlət quruculuğu, ərazilərin genişləndirilməsi məsələlərinə dair bir çox ortaq nöqtələri var. Əgər nasional-sosialistlər yəhudilərlə bağlı məsələni vacib hesab edirdilərsə, ermənilərdə bunun yerini türklərin məsələsi tutur. Lakin əgər Hitler Paris, Varşava, Praqa və s. iri şəhərləri məhv etmək ideyasını reallaşdıra bilməyibsə, ermənilər Azərbaycanın İrəvan qalasını məhv ediblər”, - F.Axundov bildirib.
Onun sözlərinə görə, monoetnik dövlət yaratmağa müvəffəq olmayan Üçüncü reyxin rəhbərliyindən fərqli olaraq, İrəvan analoji hədəfə çatdı, həm də polietnikliyi ilə tanınan Qafqaz regionunda. “Həmçinin, Hitler işğal olunmuş şəhərlərin və yaşayış məntəqələrinin adlarını dəyişdirməyə müvəffəq olmadı, millətçi Ermənistan isə bunu etdi”, - F.Axundov bildirib.
O vurğulayıb ki, Ermənistanın “Draşak” beynəlxalq dərgisində nəşrin baş redaktoru, Ermənistanın keçmiş baş naziri Vratyanın Mussolinin faşizm ideyasının ermənilərdən oğurlaması haqqında sözlər dərc olunmuşdu. “Robert Koçaryan Strasburqda bəyan edib ki, ermənilər azərbaycanlılarla yaşaya bilməz. Bir zamanlar hitlerçi faşistlər bildirirdilər ki, almanlar yəhudilərlə yaşa bilməz. Ermənistan prezidentinin bu çıxışı Strasburqda şok effekti yaratdı. Koçaryanın həyat yoldaşı İrəvanda qan mərkəzinin açılışında qeyd etdi ki, orada yalnız erməni qanı olmalıdır. Arilərin qanının təmizliyi barədə bəyanatlara birbaşa bənzətmələr ortaya çıxır. Serj Sarkisyan bəyan edib ki, azərbaycanlılar bizim buna qadir olmadığımızı düşünürdülər, lakin biz Xocalıda sübut etdik ki, dinc əhalini məhv edə bilərik”, - F.Axundov bildirib.
AP rəsmisi qeyd edib ki, Ermənistanda Sarkisyanı, Koçaryan kimi 1 mart 2008-ci ildə İrəvanda keçirilən dinc aksiyanın 10 iştirakçısının ölümündə ittiham etmək istəyirlər, lakin onun bu cinayətlə əlaqəsini sübut edə bilmirlər. “Lakin Sarkisyan açıq şəkildə etiraf edib ki, Xocalı sakinləri olan 612 azərbaycanlının qətlə yetirilməsində əli var. Yəni, burada onun günahını sübuta yetirməyə ehtiyac belə yoxdur, lakin onu heç kim mühakimə etmir”, - F.Axundov vurğulayıb.
Onun sözlərinə görə, bu gün Ermənistanda bir nəfər belə azərbaycanlı yoxdur, baxmayaraq ki, Azərbaycanda on minlərlə etnik erməni yaşayır.
“24 aprel tarixində ermənilər uydurma “soyqırım”ın növbəti ildönümünü qeyd edəcəklər. Lakin Türkiyədə erməni məktəbləri azad fəaliyyət göstətir, erməni qəzetləri nəşr olunur. Ermənistanda isə bir nəfər də azərbaycanlı yoxdur. BMT-nin tədbirində Ermənistan XİN başçısından ölkəsində neçə nəfər azərbaycanlının yaşadığını xəbər alanda, o cavab verib ki, heç bir nəfər də yoxdur. Ancaq o biri günün səhərisi bildirib ki, müəllim işləyən bir azərbaycanlı qadın tapmaq mümkün olub. Ermənistanda neçə nəfər müsəlmanın yaşaması sualına o, 900 nəfər, cavabını verib. BMT-də bu məlumat şok effekti yaratdı, çünki Qafqaz polietnik region kimi tanınır. Bütün bunlar bir daha sübut edir ki, əgər bəşəriyyət Almaniya və İtaliyada nasizmə qalib gəlibsə, Ermənistanda əksinə, nasizm qələbəsini bayram edir”, - F.Axundov bildriib.
Lakin, o əlavə edib ki, ermənilərin şüurunda düşüncənin dəyişməsi tendensiyası özünü biruzə verir.
“Misal üçün, Ermənistanın hazırki baş naziri Nikol Paşinyan erməni milli qəhrəmanların adlarını çəkərkən Qaregin Njdeni qeyd etməyib. Digər məşhur erməni Filipp Ekozyants millətə müraciət edərək bəyan edir ki, ermənilər saxtalaşdırma bataqlığında boğulurlar və o xalqına oradan xilas olmağa kömək etmək istəyir. Fevralın 26-da 150 erməni internetdə Xocalıda soyqırıma görə azərbaycanlılardan üzr istəyib. Rusiyalı deputatlar və ictimai xadimlər Xocalı soyqırımının günahsız qurbanlarının xatirəsi qarşısında baş əyiblər. Yəni, bu gün əvvəl olmayan maraqlı proseslər baş verir”, - AP rəsmisi vurğulayıb.
O, həmçinin İrəvanda Njdenin abidəsinin sökülməsi üçün 200 min imza toplanması faktını xatırladıb. “Rusiyanın ən məşhur ermənisi Karen Şahnazarov bu yaxınlarda Yakuboviç ilə görüşdə bildirib ki, nə “şah”, nə “nazar” erməni mənşəli sözlər deyil. Etiraf edib ki, babasının adı Hüseyn idi, onlar əvvəl türklər olublar, sonra erməniləşiblər. Bu böyük qələbədir. Dağlıq Qarabağda yaşayan ermənilər də analoji bəyanatlarla çıxış edə bilərlər, lakin erməni millətçilərinin onlara tuşlanmış avtomatları altında susmaq məcburiyyətindədirlər”, - F.Axundov deyib.
R.Babayev