Аprelin 22-dənvətəndaşlara kompensasiya ödənişlərinin verilməsinə başlanılacaq.Bu barədəMaliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) və Maliyyə Nazirliyinin (MN) birgə açıqlamasında bildirilir.
“Aprelin 19-dan Maliyyə Nazirliyimüvafiq vəsaitlərin kredit təşkilatlarının, ləğv prosesində olan bankların və "Azərpoçt" MMC-ninAMB-dəki hesablarına köçürülməsinə başlayıb.Aprelin 22-dənvətəndaşlara kompensasiya ödənişlərinin verilməsinə başlanılacaq.Kompensasiya alacaq şəxslərin sayı602,347nəfərdir”, - açıqlamada deyilir.
Bütün ödənişlərin gələn ayın sonuna qədəryekunlaşdırılması planlaşdırılır.
Prezident İlham Əliyev fevral ayının 28-də fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərman imzalayıb.
Fərmanda fiziki şəxslərin banklara 10 000 ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsinin fevralın 28-nə olan məzənnəyə (1,7 manat/$1) uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilməsi nəzərdə tutulur. Əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndiriləcək: 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları); 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları).
Fərmana əsasən Azərbaycan Mərkəzi Bankı (AMB) fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 min ABŞ dollarınadək, milli valyutada isə 17 min manatadək olan kreditlər üzrə vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə Maliyyə Bazarlarına Nəzarət Palatasının müraciəti əsasında banklara 682 mln. manat məbləğinədək dövlət zəmanəti ilə təmin edilmiş güzəştli kredit verilməsini təmin etməlidir.
Bir fiziki şəxsə ödəniləcək vəsaitin ümumi məbləği 5 min ABŞ dollarının manat ekvivalentindən çox olmamalıdır.**
Ə.Məmmədov