2019-cu ilin yanvar-mart aylarında Azərbaycanda baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 46 nəfər həlak olub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Bu dövrdə respublika ərazisində 2,04 min təbii və texnogen mənşəli hadisə baş verib ki, bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 37% çoxdur.
Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 38 nəfər (bir il öncə - 46 nəfər) həlak olub, 76 nəfər (bir il öncə - 48 nəfər) xəsarət alıb. Nazirliyin xilasediciləri tərəfindən 35 nəfər xilas edilib, 611 min nəfər təxliyə olunub.
Hesabat dövründə respublika ərazisində 23 partlayış hadisəsi baş verib. Bu isə ötən ilin yanvar-mart ayları ilə müqayisədə 10% azdır. Partlayışlar zamanı 8 nəfər həlak olub, 27 nəfər xəsarət alıb.**
R.Babayev