Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyənin hərbi rəhbərliyinə terrorla mücadilə əməliyyatında hərbi qulluqçuların həlak olması ilə əlaqədar başsağlığı verib.
“Qardaş Türkiyə Respublikasının Silahlı Qüvvələri tərəfindən uğurla həyata keçirilən terrorla mücadilə əməliyyatında hərbi qulluqçuların həlak olması və xəsarət alması haqqında xəbər məni dərindən kədərləndirdi. Sizin acınız bizim də acımızdır”, - Türkiyənin milli müdafiə naziri Hulusi Akara və Baş Qərargah rəisi ordu generalı Yaşar Gülerə ünvanlanan başsağlığı məktubunda deyilir.
Z.Həsənov qeyd edib ki, terrora qarşı aparılan kəskin mübarizədə daima qardaş Türkiyə Silahlı Qüvvələrinin yanındayıq və var gücümüzlə dəstəkləyirik.
“Şəhidlərimizə rəhmət diləyir, onların yaxınlarının dərdlərinə şərik olur, ailələrinə dərin hüznlə başsağlığı verirəm. Bütün yaralılara Tanrıdan şəfa diləyirəm”, - nazir bildirib. **
R.Babayev