Rəsmi Bakı bazar günü Şri-Lankada 190-a yaxın şəxsin ölümü və 500-dən artıq nəfərin yaralanması ilə nəticələnən silsilə terror aktlarını kəskin şəkildə pislədi.
“Şri-Lankada çoxsaylı günahsız insan ölümü və yaralanması ilə nəticələnən kilsə və otellərdə törədilmiş dağıdıcı terror aktlarını pisləyirik”, - Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatında deyilir.
XİN terror qurbanlarının ailələrinə və Şri-Lanka xalqına başsağlığı verib, yaralıların tez bir zamanda sağalmasını diləyib.
Şri-Lankada bu gün səkkizinci partlayış törədilib. Paytaxt Kolombo, Neqombo və Battikaloa şəhərlərindəki 3 kilsədə və 3 hoteldə Pasxa bayramını qeyd edərkən törədilən partlayışlarda azı 187 nəfər ölüb. Yaralıların sayının isə 500-dən artıq olduğu bildirilir. **
R.Babayev