Azərbaycan Respublikasının müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev VIII Beynəlxalq Təhlükəsizlik Konfransında iştirak edəcək. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında deyilir.
“Rusiya Federasiyası Müdafiə Nazirliyi tərəfindən təşkil edilən beynəlxalq konfransda qlobal və regional təhlükəsizlik məsələləri müzakirə olunacaq”, - deyə məlumatda bildirilir.
K.Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təhlükəsizliyin regional aspektləri, dövlətlərin təhlükəsizliyinə təhdidlərə qarşı cavab tədbirləri üzrə hərbi qurumların fəaliyyətlərinin regional xüsusiyyətləri və bir sıra digər məsələlərin müzakirəsində iştirak edəcək.
Konfrans aprelin 23-dən 25-dək Moskva şəhərində keçiriləcək.*
R.Babayev