2018-ci ildə “Atəşgah” sığorta qrupunun ümumi sığorta haqları 95 mln. manat təşkil edib. Bu barədə qrupun məlumatında deyilir.
"2018-ci ildə “Atəşgah” sığorta şirkətinin sığorta haqları 3% artaraq 35,9 mln. manat, “Atəşgah Həyat” sığorta şirkətinin sığorta haqları isə 53% artaraq 59 mln. manat təşkil edib", - deyə məlumatda bildirilir.
Ötən il qrupun ödənişləri təxminən 35 mln. manat, o cümlədən “Atəşgah” sığorta şirkəti üzrə ödənişlər 20 mln. manat, “Atəşgah Həyat” üzrə ödənişlər 14,74 mln. manat məbləğində olub.
“Atəşgah” sığorta qrupu tərəfindən ən çox ödəniş avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (ANVSMMİS) və tibbi sığorta üzrə həyata keçirilib. ANVSMMİS üzrə ödənişlər 2017-ci illə müqayisədə 18% artaraq 12,8 mln. manat, tibbi sığorta üzrə isə 52% artaraq 4,8 mln. manat təşkil edib”, - deyə məlumatda qeyd olunur.
“Atəşgah” sığorta şirkəti 1996-cı ildə yaradılıb. Şirkət sığorta haqları və ödənişlərin həcminə görə ölkənin aparıcı sığorta şirkətlərinin beşliyinə daxildir. Səhmdarları bir neçə hüquqi şəxsdir. Nizamnamə kapitalı 5 mln. 8,5 min manat təşkil edir.
“Atəşgah Həyat” şirkəti sığorta haqlarının yığımı və ödənişlərin həcminə görə Azərbaycanın sığorta şirkətlərinin beşliyinə daxildir. Şirkətin nizamnamə kapitalı 6,5 mln. manata bərabərdir.*
Ə.Məmmədov