2019-cu ilin yanvar-mart aylarında Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə daxilolmaların həcmi 1 mlrd. 672,9 mln. manat təşkil edib. Bu barədə Vergilər Nazirliyindən məlumat verilib.
Xəbər verildiyi kimi, 2018-ci ilin yanvar-mart aylarında Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 1 mlrd. 436,5 min manat köçürülüb. Beləliklə, hesabat dövründə nazirliyin xətti ilə dövlət büdcəsinə daxilolmalar 16,5% artıb.
Birinci rüb ərzində Vergilər Nazirliyi dövlət büdcəsinə köçürmələr üzrə planı 110,4% yerinə yetirib.
Yanvar-mart ayları əzində qeyri-neft-qaz sektorunun xətti ilə dövlət büdcəsinə vergi daxilolmaları 1 mlrd. 155 mln. 974 min manat (2018-ci ilin analoji dövrü ilə müqayisədə artım 18,3%) təşkil edib. Bütövülkdə, qeyri-neft-qaz sektoru Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə bütün daxilolmaların 69,1%-ni təmin edib. Özəl sektor üzrə daxil olmalar ümumi hıcmin 76,5%-ni təşkil edib.
Nazirliyin məlumatına görə, hesabat dövründə Azərbaycanda 25,536 min vergi ödəyicisi qeydiyyata alınıb (artım 25,5% - İF). Onlardan 52%-dən çoxu regionlarda qeydiyyata alınıb.
Vergilər Nazirliyinin 2019-cu il dövlət büdcəsinə köçürmələr üzrə planı 7 mlrd. 316 mln. manat təşkil edir. **
Ə.Məmmədov