2019-cu ilin yanvar-mart aylarında Azərbaycanda bütün növ nəqliyyat vasitələri ilə 460,7 mln. sərnişin daşınıb ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 1,3% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə dəmir yolu nəqliyyatı ilə 717,3 min nəfər (artım 16,8%), dəniz nəqliyyatı ilə 3,9 min nəfər (artım 44,4%), hava nəqliyyatı ilə 477,7 min nəfər (artım 0,4%), metro vasitəsi ilə 55,6 mln. nəfər (azalma 1,4%) daşınıb.
Cari ilin yanvar-mart aylarında avtomobil nəqliyyatı vasitələri ilə 403,9 mln. sərnişin (artım 1,6%), avtobuslarla 387,707 mln. sərnişin (artım 1,6%), taksilərlə 16 mln. 206,6 min sərnişin (artım 2,5%) daşınıb.*
B.Rüstəmbəyov