Milli Məclis bu gün keçirilən plenar iclasda İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) Yayım Şurasının yeni üzvlərinin adlarını təsdiq edib.
İTV-nin Yayım Şurasına idman federasiyalarından Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının prorektoru Yusif Babanlı, dini konfessiyalardan Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin birinci müavini Salman Musayev, yaradıcılıq təşkilatları tərəfindən Azərbaycan Bəstəkarlar İttifaqının (ABİ) katibi Zemfira Qafarova seçiliblər. **
R.Babayev