Sumqayıt Texnologiyalar Parkı (STP) ilk dəfə Polşaya alüminium profil məhsulları ixrac edib. Bu barədə “İnterfaks-Azərbaycan”a STP-dən bildirilib.
“Satışla bağlı ilkin danışıqlar 2019-cu ilin yanvarından başlayıb və martın sonlarında sifarişçi şirkətə test məhsullar yola salınıb. İlkin olaraq 20 ton məhsul ixrac olunub. Gələcəkdə Polşa bazarı üçün ixrac ediləcək alüminium profil məhsullarının həcminin artacağı gözlənilir”, - STP-dən qeyd ediblər.
Həmçinin vurğulanıb ki, ixrac olunan ölkə Polşa olsa da, sifarişçi tərəf Avstriya şirkətidir. “Hazırda Polşa, Almaniya və Danimarka şirkətləri ilə alüminium profil məhsullarının ixracına dair danışıqlar aparılır”, - STP-dən bildiriblər.
Sumqayıt Texnologiyalar Parkı energetika obyektlərinin tikintisi ilə məşğul olan “Azenco” şirkətinin strukturuna daxildir. Parkın sahəsi 250 ha təşkil edir.
STP-nin ərazisində 14 müəssisə və 18 istehsalat sahəsi fəaliyyət göstərir.
Parkın yaradılması Azərbaycanın sənaye sektorunda iri infrastrukur layihələrinin həyata keçirilməsinə yönəlib.**
B.Rüstəmbəyov