Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin dağ xilasediciləri qrupu tərəfindən həyata keçirilən axtarış tədbirləri nəticəsində Ermənistan-Azərbaycan münaqişəsi zonasında Daşkəsən rayonunda qar uçqununun baş verməsi nəticəsində itkin düşmüş ikinci hərbi qulluqçu - Fərrux Məmmədovun meyiti aşkar olunub.
“Gizir Hafiz Abdullayevin meyiti aprelin 14-də aşkar olunub. Aprelin 23-də səhər saatlarında dağ xilasediciləri qrupu tərəfindən hərbi qulluqçu əsgər Fərrux Məmmədovun meyiti aşkar edilib. F.Məmmədovun meyiti aidiyyəti üzrə təhvil verilib”, - “İnterfaks-Azərbaycan”a nazirlikdən bildiriblər.
Xəbər verildiyi kimi, gizir Hafiz Abdullayev və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Fərrux Məmmədov mövqe istiqamətində hərəkət edərkən qar uçqununa düşüblər. **
F.İsazadə