Milli Məclisin sədri Oqtay Əsədov deputatları Dağlıq Qarabağ münaqişəsinin hərbi yolla həlli ilə bağlı çağırışlar etməməyə dəvət edib.
“Müharibəyə təkcə emosional çağırışlarla nə əldə edə bilərik? Münaqişəni sülh yolu ilə həll edə biləriksə, nə üçün müharibəyə çağırış etməliyik?”, - deyə O.Əsədov bu gün parlamentin plenar iclasında bildirib.
Onun sözlərinə görə, deputatlar bu mövzuya olduqca ehtiyatla yanaşmalıdırlar. “Prezident İlham Əliyev həmişə bəyan edir ki, bizim ərazi bütövlüyümüz müzakirə mövzusu deyil. Buna görə də deputatlar müharibəyə çağırışlarında ehtiyatlı olmalıdırlar”, - deyə sədr vurğulayıb.*
R.Babayev