Avropa Futbol Assosiasiyalarının İttifaqı (UEFA) Azərbaycanın elektron viza sisteminə HIV/hepatit təsdiqi tələbinin ləğvi ilə bağlı dəyişiklik etmək qərarını alqışlayıb. Bu barədə təşkilatın rəsmi səhifəsində yerləşdirilən bəyanatda bildirilir.
“Biz Azərbaycanın elektron viza sisteminə HIV/hepatit təsdiqi tələbinin ləğvi ilə bağlı dəyişiklik etmək qərarını alqışlayırıq. Xəstəliyin mövcud olması azarkeşlərin 2018-19-cu illərdə Avropa Liqasının final oyunu və Avro-2020 oyunlarında iştirak etmələrinə mane olmamalıdır”, - deyə bəyanatda qeyd olunur.*