Bakı Şəhər Halqası Əməliyyat Şirkəti (Baku City Circuit - BCC) britaniyalı musiqiçi Sem Smitin aprelin 27-də Bakıda “Formula 1” üzrə Azərbaycan Qran-prisi çərçivəsində nəzərdə tutulan konsertinin ləğv olunduğunu bildirir.
“S.Smit Cənubi Afrika Turunu yarımçıq qoymasının ardından, həkimlərin tövsiyəsi ilə çıxışlarına fasilə verməli olub”, - deyə məlumatda bildirilir.
Konsert məşhur müğənninin səhhətində yaranmış problemlər səbəbindən baş tutmayacaq.
"S.Smitin sağlamlığı bizim üçün çox önəmlidir və BCC onun qərarına hörmət və anlayışla yanaşır", - deyə məlumatda qeyd olunur.
“Formula 1” üzrə Azərbaycan Qran-prisi 26-28 aprel tarixlərində keçiriləcək.*
R.Babayev