"ZTE" Korporasiyası Azərbaycanla tərəfdaşlığın möhkəmlənməsində maraqlıdır. Bunu "ZTE" Korporasiyasının sədri Li Zixue deyib.
Azərbaycan prezidenti İlham Əliyev Çində 2-ci “Bir kəmər, bir yol” beynəlxalq forumu çərçivəsində "ZTE" Korporasiyasının sədri Li Zixue ilə görüşüb.
“L.Zixue Azərbaycan bazarında gözəl əməkdaşlıq nümunələrinin mövcudluğunu vurğuladı və ölkəmizlə tərəfdaşlıq əlaqələrini gücləndirmək istədiklərini bildirdi”, - dövlət başçısının saytlnda məlumat verilir.
Öz növbəsində, İ.Əliyev bu əməkdaşlığın uğurlu olacağına ümid etdiyini bildirdi.
“Prezident "ZTE" Korporasiyası ilə əməkdaşlıq üçün yaxşı imkanların olduğunu vurğuladı”, - məlumatda deyilir. **
F.İsazadə