Formula 1 SOCAR Azerbaijan Grand Prix 2019 yarışlarının uik-endi zamanı Cessi Cey (Jessie J) çıxış edəcək. Bu barədə Baku City Circuit Əməliyyat Şirkəti məlumat verir.
“Şənbə günü axşam Formula 1 SOCAR Azerbaijan Grand Prix 2019 yarışlarının uik-endi zamanı əsas səhnədə dünya miqyaslı «Price Tag», «Domino» və «Bang Bang» hitlərinin ifaçısı Cessi Cey çıxış edəcək”, - məlumatda deyilir.
BCC bratiniyalı ifaçı Sem Smitin səhhəti ilə əlaqədar konsertinin təxirə salınması ilə əlaqədar C.Ceyi Bakıda çıxış etməyə dəvət edib. **
R.Babayev