Bakı neft tədarükü məsələsində Minskə kömək etməyə hazırdır. Bunu Azərbaycanın Belarusdakı səfiri Lətif Qəndilov "BELTA" agentliyinə bildirib.
"Azərbaycan neft tədarükü məsələsində müraciət etdiyi halda Minskə kömək etməyə hazır olacaq”, - deyə diplomat bildirib.
Onun sözlərinə görə, Azərbaycanın Belarusa neft tədarük etməsinə heç bir maneə yoxdur. “Ən çətin zamanlarda bizim xalqlarımız bir-birinə kömək edib və bu, bizi birləşdirir. Biz hər zaman dostumuza dayaq oluruq. Ehtiyac yaranarsa, Azərbaycan ləyaqətlə öz qardaşlıq borcunu yerinə yetirəcək. Dövlət başçılarının bu məsələ ilə bağlı ümumi dil tapacağına heç bir şübhə yoxur”, - deyə səfir qeyd edib.
L.Qəndilov əlavə edib ki, bununla yanaşı, Azərbaycandan Belarusa neftin nəqlinin çətinlikləri də nəzərə alınmalıdır və enerji resurslarının ciddi bahalaşmasına gətirib çıxarmayacaq ən optimal həll yollarınıaxtarıb tapmaq lazımdır.
“Burada nəqletmənin marşrutlarından başqa heç bir sual yoxdur ki, bu da neftin nəql edilməsinin qiymətinə ciddi təsir edir”, - deyə o vurğulayıb. Səfir güman edib ki, tədarük Qara dəniz limanları vasitəsilə mümkün ola bilər.
Səfir iki ölkə arasında iqtisadi-ticarət əməkdaşlığının böyük potensialının olduğunu da qeyd edib: “Belarus Avropanın mərkəzində yerləşir. Yəni, bizim üçün Avropa bazarı açılır. Azərbaycan isə ön Şərqdə yerləşir ki, o da Belarus üçün Yaxın Şərqin bazarlarını açmış olur”.
Son zamanlar iki dövlət arasında istehsal kooperasiyası genişlənir, həm də bu kooperasiyaya üçüncü ölkələr də qoşulur. Məsələn, Gəncə avtomobil zavodunda “MAZ” texnikasının birgə istehsalı və bu məhsulun Türkiyəyə tədarükünün təşkil edilməsi.
“Hesab edirəm ki, belə kooperasiya əməyin dərinləşməsinə və bölünməsinə, birgə istehsal olunacaq məhsulun nomenklaturasının genişlənməsinə kömək edəcək. Bu, məsələyə çox düzgün yanaşmadır. Çünki iş yerlərinin sayının artması ilə insanların rifahı yaxşılaşacaq ki, bu da regionumuzun daha uğurla inkişafına gətirib çıxaracq”, - deyə səfir bildirib.*
R.Babayev