İyunun 10-da “Para” bank olmayan kredit təşkilatının səhmdarları növbəti ümumi yığıncaqda İdarə Heyətinin yeni tərkibini təsdiq edəcəklər. Bu barədə “İnterfaks-Azərbaycan”a BOKT-dan məlumat verilib.
“İyunun 10-da səhmdarlar növbəti ümumi yığıncaqda 2018-ci il ərzində illik maliyyə hesabatını, həmçinin BOKT-nın İdarə Heyətinin yeni tərkibini təsdiq edəcəklər”, - “Para”dan qeyd ediblər.
Bundan başqa, səhmdarlar BOKT-nın yeni təşkilat strukturunu təsdiq etməyi planlaşdırırlar.
“Para” BOKT 2016-cı ilin dekabr ayında “Parabank”ın təkrar təşkili nəticəsində yaradılıb. Təşkilatın nizamnamə kapitalı 38,887 mln. manata bərabərdir. **
Ə.Məmmədov