Azərbaycan prezidenti İlham Əliyev Lüksemburqun Böyük Hersoqu Anriyə atası - Böyük Hersoq Janın vəfatı ilə əlaqədar başsağlığı verib. Bu barədə dövlət başçısının sdaytında məlumat verilir.
“Əlahəzrət, atanız – görkəmli dövlət xadimi, Böyük Hersoq Janın vəfatı xəbəri məni olduqca kədərləndirdi”, - başsağlığı məktubunda deyilir.
İ.Əliyev Böyük Hersoq Anrinin ailəsinə və bütün Lüksemburq xalqına şəxsən öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib.
Aprelin 23-də Lüksemburqun Böyük Hersoqu Jan 98 yaşında vəfat edib.**
R.Babayev