“Azərmarka” MMC “Formula 1 Azerbaijan Grand Prix” adlı poçt markasını dövriyyəyə buraxıb. Bu barədə MMC-dən məlumat verilir.
Rəssamı Vüqar Eyyubov olan, bir markadan ibarət blok və 8 markadan ibarət suvenir vərəq şəklində buraxılmış marka Fransanın “Cartor Security Printing” nəşriyyatında çap olunub.
Blokun və suvenir vərəqin tirajı ayrı-ayrılıqda 10 min ədəd təşkil edir. **
R.Babayev