2019-cu ilin yanvar-mart aylarında Azərbaycanda mehmanxana və mehmanxana tipli müəssisələrin gəlirləri 71,3 mln. manat təşkil edib, bu da 2018-ci ilin analoji dövrünün göstəricisindən 2,5% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“Gəlirlərin 62,3%-i nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 25%-i içkilər də daxil olmaqla qida məhsullarının satışı üzrə xidmətlərdən, 3,9%-i müalicə və sağlamlıq xidmətlərindən, 8,8%-i isə digər xidmətlərin göstərilməsindən əldə edilib”, - Komitədən bildirilir.
Hesabat dövründə ölkə üzrə mehmanxanalarda 545,4 min gecələmə keçirilib (azalma 6,9%). Gecələmələrin 61,7%-i Bakıda, 7,8%-i Qəbələdə, 4,3%-i Qusarda, 4,3%-i Naftalanda, 4,1%-i Naxçıvan Muxtar Respublikası, 3,2%-i Quba, Qax, Mingəçevirdə hər birində 1,3%-i, Gəncə, Lənkəranda hər birində 0,9%-i, 0,8%-i Şamaxıda mehmanxanalarda qeydə alınıb.
Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən keçirilmiş gecələmələrin sayı 377.7 min təşkil edib ki (azalma 14,1%). Gecələmələrin 15,1%-i Birləşmiş Ərəb Əmirlikləri, 13,1%-i Rusiya Federasiyası, 7,1%-i İran, 6,1%-i Türkiyə, 5,9%-i Hindistan, 5,5%-i Səudiyyə Ərəbistanı, 3,9%-i Küveyt, 2,9%-i Böyük Britaniya, 2,6%-i Pakistan, 2,3%-i Qətər, 2,1%-i İsrail, 2%-i İraq, 1,9%-i ABŞ, 1,7%-i Qazaxıstan, 1,3%-i Oman, 1,1%-i Ukrayna, 0,9%-i Almaniya, qalanı digər ölkələrin vətəndaşlarının payına düşüb.
Birinci rübdə mehmanxanaların nömrə fondundan istifadə səviyyəsinin orta göstəricisi ölkə üzrə 15,7% təşkil edib. Bu göstərici Bakıda 27,7%, Naftalanda 42,6%, Ağstafada 32,7%, Qəbələdə 20,7%, Şəmkirdə 38,2%, Beyləqanda 27,8%, Naxçıvan MR-da 21,5%, Şirvanda 16,3%, Qusarda 22,8% səviyyəsində olub.
Mehmanxanaların pik dolma həddi mart ayına təsadüf edib və 16,4% təşkil edib. **
B.Rüstəmbəyov